Surə 54 · Cüz 27
Al-Qamar · 54:6
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ
6. Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
Təfsir
Ey Peyğəmbər! Əgər onlar doğru yola gəlməsə, sən, onları tərk et, onlardan üz çevir və sura üfürəcək mələyin onları qorxuya salacağı, heç bir canlının bənzərini görmədiyi bir işdən ötrü çağıracağı günü gözlə.