Al-Jumu'ah

سورة الجمعة

Surə 62 · Mədani · 11 ayə

62:1Cüz 28 · s. 553

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ1

1. Göylərdə və yerdə olan­ların hamısı Hökmran, Mü­qəd­dəs, Qüd­rət­li, Müd­rik Allahın şəninə təriflər deyir.
62:2Cüz 28 · s. 553

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ2

2. Savadsızlara özlərindən elçi gön­dərən Odur. Elçi on­la­ra Alla­hın ayələ­rini oxuyar, on­ları pis əməllərdən təmiz­lə­yər, onlara Kita­bı və Hikməti öyrə­dər. Halbuki on­lar əvvəllər açıq-aydın azğınlıq için­də idilər.
62:3Cüz 28 · s. 553

وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ3

3. Allah səni hələ müsəlman­lara qo­şul­mamış başqalarına da elçi gön­dərmişdir. O, Qüd­rət­li­dir, Hikmət sahibidir.
62:4Cüz 28 · s. 553

ذَٰلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ4

4. Bu, Allahın lütfüdür, onu istədi­yinə verir. Allah böyük lütf sa­hibi­dir.
62:5Cüz 28 · s. 553

مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ5

5. Tövrata əməl et­mək tap­şı­rıl­dıqdan sonra ona əməl et­mə­yənlər, be­lində çoxlu kitab daşıyan, amma onlar­dan faydalana bil­mə­yən uzunqu­lağa bən­zəyir­lər. Allahın ayə­lərini yalan sayan adam­ların məsəli necə də pis­dir. Allah zalım adamları doğru yola yö­­nəlt­məz.
62:6Cüz 28 · s. 553

قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ6

6. De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özü­nü­zün Alla­hın dost­ları olduğu­nu­zu iddia edirsinizsə və doğru da­nı­şan­lar­sınızsa, on­da özü­nü­zə ölüm di­ləyin!”
62:7Cüz 28 · s. 553

وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ7

7. Lakin onlar öz əlləri ilə tö­rətdik­ləri əməllərə görə ölü­mü əsla di­lə­məz­lər. Allah za­lım­la­rı tanıyır.
62:8Cüz 28 · s. 553

قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ8

8. De: “Qaçdığınız ölüm si­zi mütləq haqlayacaq. Son­ra siz qey­bi və aş­karı Bilənin hü­zuruna qaytarılacaq­sı­nız. O da sizə nə et­dikləri­nizi xəbər ve­rəcək”.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ9

9. Ey iman gətirənlər! Cü­mə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirli­dir!
62:10Cüz 28 · s. 554

فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ10

10. Namaz başa çatdıqdan sonra yer üzünə dağılışıb Alla­hın lüt­fü­nü axtarın və Alla­hı çox zikr edin ki, bəlkə nicat ta­pasınız.
62:11Cüz 28 · s. 554

وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا ۚ قُلْ مَا عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَمِنَ التِّجَارَةِ ۚ وَاللَّهُ خَيْرُ الرَّازِقِينَ11

11. Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir”.

Surənin əvvəlindən oxut

Abdullah Basfar - Al-Jumu'ah · Tlawati