Surə 62 · Cüz 28
Al-Jumu'ah · 62:6
قُلْ يَا أَيُّهَا الَّذِينَ هَادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِيَاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
6. De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda özünüzə ölüm diləyin!”
Təfsir
Ey Peyğəmbər! De: “Ey təhrif edilmiş yəhudilikdə qalmış kimsələr! Əgər siz insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bu iddianız doğrudursa, onda özünüzə ölüm diləyin ki, iddianıza görə Allahın sizə məxsus etdiyi kəramətə tezliklə nail olasınız”.