Surə 62 · Cüz 28
Al-Jumu'ah · 62:5
مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا ۚ بِئْسَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
5. Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər, belində çoxlu kitab daşıyan, amma onlardan faydalana bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların məsəli necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz.
Təfsir
Özlərinə Tövratda yazılanlara əməl etmək buyurulduqdan sonra ona əməl etməyən yəhudilər, belində böyük kitablar daşıyan, amma daşıdığının nə olduğunu - kitab yoxsa başqa bir şey oduğunu bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü haqq yola müvəffəq etməz.