Surə 62 · Cüz 28
Al-Jumu'ah · 62:7
وَلَا يَتَمَنَّوْنَهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ۚ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
7. Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır.
Təfsir
Onlar küfr, asilik və zülm etdiklərinə, həmçinin, Tövratı təhrif etdiklərinə və onu dəyişdirdiklərinə görə ölümü əsla diləməzlər, əksinə, dünyada əbədi olaraq yaşamaq istəyərlər. Allah zalımları tanıyır, onların əməllərindən heç bir şey Allaha gizli qalmaz. Allah onlara əməllərinin cəzasını verəcəkdir.