Surə 62 · Cüz 28

Al-Jumu'ah · 62:8

قُلْ إِنَّ الْمَوْتَ الَّذِي تَفِرُّونَ مِنْهُ فَإِنَّهُ مُلَاقِيكُمْ ۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

8. De: “Qaçdığınız ölüm si­zi mütləq haqlayacaq. Son­ra siz qey­bi və aş­karı Bilənin hü­zuruna qaytarılacaq­sı­nız. O da sizə nə et­dikləri­nizi xəbər ve­rəcək”.

Təfsir

Ey Peyğəmbər! O yəhudilərə belə de: “Qaçdığınız ölüm istər tez, istər gec, sizi mütləq haqlayacaqdır. Sonra qiyamət günü siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. Qeybdə və aşkarda olan heç bir şey Allaha gizli qalmaz. O, sizə dünyada etdiyiniz əməlləriniz barədə xəbər verəcək və sizə etdiklərinizin əvəzini verəcəkdir”.

Oxuyucuda aç - Surəni tam oxu