Surə 62 · Cüz 28
Al-Jumu'ah · 62:3
وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
3. Allah səni hələ müsəlmanlara qoşulmamış başqalarına da elçi göndərmişdir. O, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Allah bu peyğəmbəri hələ müsəlmanlara qoşulmamış başqalarına - ərəblərdən və əcəmlərdən olan qövmlərə də elçi göndərmişdir. Tezliklə onlar da müsəlmanlara qoşulacaqlar. O, qüdrətlidir, heç kəs Ona məğlub edə bilməz. O, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir.