Ad-Dukhan

سورة الدخان

Surə 44 · Məkki · 59 ayə

44:1Cüz 25 · s. 496

حم1

1. Ha. Mim.
44:2Cüz 25 · s. 496

وَالْكِتَابِ الْمُبِينِ2

2. And olsun bu aydın Ki­taba!
44:3Cüz 25 · s. 496

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ3

3. Biz onu mübarək bir ge­cədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.
44:4Cüz 25 · s. 496

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ4

4. Hər bir hikmətli iş o ge­cədə ayırd edilir –
44:5Cüz 25 · s. 496

أَمْرًا مِنْ عِنْدِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ5

5. dərgahımızdan vəhy edi­lən əmr ilə. Həqiqətən, kitab­ları və el­çi­ləri Biz göndəririk –
44:6Cüz 25 · s. 496

رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ6

6. sənin Rəbbindən mərhə­mət olaraq. Şübhəsiz ki, O, Eşidən­dir, Biləndir.
44:7Cüz 25 · s. 496

رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ7

7. Əgər yəqinliklə inanırsı­nızsa, bilin ki, Allah göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbidir.
44:8Cüz 25 · s. 496

لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ8

8. Ondan başqa ibadətə layiq olan mə­bud yoxdur. O həm di­ril­dir, həm də öl­dü­rür. O həm sizin Rəbbiniz, həm də əcdad­larınızın Rəb­bi­dir.
44:9Cüz 25 · s. 496

بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ9

9. Lakin onlar şəkkə qapılıb əylə­nir­lər.
44:10Cüz 25 · s. 496

فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ10

10. Sən göydən aşkar bir tüs­tü gə­lə­cəyi günü gözlə.
44:11Cüz 25 · s. 496

يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ11

11. O tüstü ki, insanları bü­rüyəcək­. Bu, ağrılı-acılı bir əzab­dır.
44:12Cüz 25 · s. 496

رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ12

12. Onlar: “Ey Rəbbimiz! Bi­zi bu əzab­dan qurtar, biz də iman gə­tirək”– deyəcəklər.
44:13Cüz 25 · s. 496

أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ13

13. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aş­kar bir peyğəmbər gəl­sə də,
44:14Cüz 25 · s. 496

ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ14

14. onlar ondan üz çevirib: “Öyrə­dilmiş bir dəlidir!”– de­dilər.
44:15Cüz 25 · s. 496

إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ15

15. Biz əzabı bir az sizdən uzaq­laş­dı­rarıq, amma siz yenə az­ğın­lı­ğa qayıda­caqsınız.
44:16Cüz 25 · s. 496

يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ16

16. Kafirləri böyük bir mü­si­bətlə ya­xalayacağımız gün, Biz on­lar­dan inti­qam alacağıq.
44:17Cüz 25 · s. 496

۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ17

17. Biz onlardan əvvəl Firo­nun xal­qını da sınadıq. Onlara möh­tə­rəm bir elçi gəldi.
44:18Cüz 25 · s. 496

أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ18

18. O dedi: “Allahın qulla­rı­nı mənə qaytarın. Həqiqətən, mən si­zin üçün etibarlı bir el­çiyəm.
44:19Cüz 25 · s. 497

وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُمْ بِسُلْطَانٍ مُبِينٍ19

19. Allaha qarşı təkəbbür gös­tər­mə­yin. Həqiqətən, mən sizə ay­dın bir sü­but gətir­mişəm.
44:20Cüz 25 · s. 497

وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَنْ تَرْجُمُونِ20

20. Mən sizin məni daşa bas­­manızdan həm mənim Rəbbim, həm də sizin Rəb­biniz olan Alla­ha sığınıram.
44:21Cüz 25 · s. 497

وَإِنْ لَمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ21

21. Əgər mənə inanmırsı­nız­sa, onda məndən uzaq olun!”
44:22Cüz 25 · s. 497

فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُجْرِمُونَ22

22. Sonra o, Rəbbinə yalva­rıb dedi: “Həqiqətən, bunlar gü­nah­kar adamlar­dır!”
44:23Cüz 25 · s. 497

فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُمْ مُتَّبَعُونَ23

23. Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şüb­hə­siz ki, siz təqib olu­nacaqsınız.
44:24Cüz 25 · s. 497

وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُنْدٌ مُغْرَقُونَ24

24. Dənizi də sakit burax! Onlar su­da batırılacaq əsgər­lərdir!”
44:25Cüz 25 · s. 497

كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَعُيُونٍ25

25. Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,
44:26Cüz 25 · s. 497

وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ26

26. habelə əkinlər, möhtə­şəm yerlər
44:27Cüz 25 · s. 497

وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ27

27. və içində həzz aldıqları nemət­lə­ri də qoyub getdilər.
44:28Cüz 25 · s. 497

كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ28

28. Bax belə! Biz o nemət­lərə başqa­la­rını varis etdik.
44:29Cüz 25 · s. 497

فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ29

29. Nə göy, nə də yer on­lar­dan ötrü ağlamadı. Onlara möh­lət də verilmədi.
44:30Cüz 25 · s. 497

وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ30

30. Artıq İsrail oğullarını al­çaldıcı əzabdan qurtardıq –
44:31Cüz 25 · s. 497

مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ31

31. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşan­lar­dan idi.
44:32Cüz 25 · s. 497

وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ32

32. Biz İsrail oğulla­rını Öz el­mimizlə aləmlərdən üstün etdik.
44:33Cüz 25 · s. 497

وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُبِينٌ33

33. Onlara içində açıq-ay­dın imtahan olan dəlillər verdik.
44:34Cüz 25 · s. 497

إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ34

34. Bunlar mütləq deyəcək­lər:
44:35Cüz 25 · s. 497

إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنْشَرِينَ35

35. “Bizim ancaq bircə ölü­mümüz var. Biz bir daha diril­dil­mə­yə­­cəyik.
44:36Cüz 25 · s. 497

فَأْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ36

36. Əgər doğru deyir­siniz­sə, onda atalarımızı dirildib gəti­rin!”
44:37Cüz 25 · s. 497

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ37

37. Bunlar yaxşıdır, yoxsa Tubba tay­fası və onlardan əv­vəl­ki­lər? Biz onları məhv et­dik. Çünki onlar günahkar adam­lar idi.
44:38Cüz 25 · s. 497

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ38

38. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə ya­rat­madıq.
44:39Cüz 25 · s. 497

مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ39

39. Biz onları haqq olaraq ya­rat­dıq, lakin çoxları bunu bil­mir.
44:40Cüz 25 · s. 498

إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ40

40. Şübhəsiz ki, ayırd etmə günü on­ların hamısı üçün mü­əy­yən olun­muş vaxtdır.
44:41Cüz 25 · s. 498

يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ41

41. O gün dost dosta heç bir şeylə fay­da verə bilməyəcək, on­la­ra kö­mək də edilməyə­cək­,
44:42Cüz 25 · s. 498

إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ42

42. Allahın rəhm etdiyi kim­sələrdən başqa! Həqiqətən, O, Qüd­rət­li­dir, Rəhm­lidir.
44:43Cüz 25 · s. 498

إِنَّ شَجَرَتَ الزَّقُّومِ43

43. Həqiqətən, Cəhənnəmdəki zəqqum ağacı
44:44Cüz 25 · s. 498

طَعَامُ الْأَثِيمِ44

44. günahkar adamın yemə­yidir.
44:45Cüz 25 · s. 498

كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ45

45. Əridilmiş yağın çökün­tü­sü kimi qarınlarda qaynayar –
44:46Cüz 25 · s. 498

كَغَلْيِ الْحَمِيمِ46

46. qaynar su qaynayan ki­mi.
44:47Cüz 25 · s. 498

خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ47

47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
44:48Cüz 25 · s. 498

ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ48

48. Sonra əzab vermək üçün başına qaynar su tökün!
44:49Cüz 25 · s. 498

ذُقْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْكَرِيمُ49

49. Dad bu əzabı! Sən ki qüd­rətli və şərəfli idin.
44:50Cüz 25 · s. 498

إِنَّ هَٰذَا مَا كُنْتُمْ بِهِ تَمْتَرُونَ50

50. Sizin şübhə etdiyiniz əzab budur!
44:51Cüz 25 · s. 498

إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ51

51. Allahdan qorxanlar isə təhlü­kə­siz bir yerdə –
44:52Cüz 25 · s. 498

فِي جَنَّاتٍ وَعُيُونٍ52

52. bağçalarda və çeşmələr başında olacaqlar!
44:53Cüz 25 · s. 498

يَلْبَسُونَ مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَقَابِلِينَ53

53. Taftadan və atlazdan li­baslar ge­yib qarşı-qarşıya əylə­şəcək­lər.
44:54Cüz 25 · s. 498

كَذَٰلِكَ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ54

54. Bax belə! Üstəlik, onları iri qa­ra ­gözlü hurilərlə də ev­lən­di­rə­cə­yik.
44:55Cüz 25 · s. 498

يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ55

55. Onlar orada əmin-aman­lıq içində hər meyvədən istə­yə­cək­lər.
44:56Cüz 25 · s. 498

لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ56

56. Onlar ilk ölüm­dən başqa orada heç bir ölüm dadmaya­caq­lar. Allah on­ları Cəhənnəm əzabından qorumuşdur –
44:57Cüz 25 · s. 498

فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ57

57. sənin Rəbbinin lütfkar­lı­ğı sayə­sində. Məhz bu, bö­yük uğur­dur.
44:58Cüz 25 · s. 498

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ58

58. Biz Quranı sənin dilində asan­laş­dırdıq ki, onlar öyüd-nə­si­hət ala bilsin­lər.
44:59Cüz 25 · s. 498

فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ59

59. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.

Surənin əvvəlindən oxut

Muhammad Ayyub - Ad-Dukhan · Tlawati