Surə 44 · Cüz 25
Ad-Dukhan · 44:55
يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ
55. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
Təfsir
Onlar orada istədikləri hər növ meyvədən özlərinə gətirilməsi üçün xidmətçilərini yanlarına çağıracaqlar. Özləri də, bu meyvələrin tükənməyəcəyindən və xarab olmayacağından xatircəm olacaqlar.