Surə 44 · Cüz 25
Ad-Dukhan · 44:16
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ
16. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
Təfsir
Ey Peyğəmbər! Sənin qövmünün kafirlərini böyük bir müsibətlə yaxalayacağımız günü - Bədr gününü gözlə. Onlar Allaha küfr etdiklərinə və Onun rəsulunu yalançı saydıqlarına görə, Biz onlardan intiqam alacağıq.