Surə 44 · Cüz 25
Ad-Dukhan · 44:12
رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
12. Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər.
Təfsir
Onlar Rəbbinə yalvarıb deyəcəklər: “Ey Rəbbimiz! Bizə göndərdiyin bu əzabı bizdən uzaqlaşdır. Əgər onu bizdən uzaqlaşdırsan, biz Sənə də, Sənin rəsuluna da iman gətirəcəyik”.