Surə 44 · Cüz 25
Ad-Dukhan · 44:37
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ
37. Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
Təfsir
Ey Peyğəmbər! Güc-qüvvətə malik olmaq baxımından, səni yalançı sayan bu müşriklər üstündür, yoxsa Tubba qövmü və onlardan əvvəlki Ad və Səmud tayfaları?! Biz onların hamısını məhv etdik. Çünki onlar günahkar kimsələr idi.