At-Tur

سورة الطور

Surə 52 · Məkki · 49 ayə

52:1Cüz 27 · s. 523

وَالطُّورِ1

1. And olsun Tur dağına!
52:2Cüz 27 · s. 523

وَكِتَابٍ مَسْطُورٍ2

2. And olsun yazılmış Ki­ta­ba –
52:3Cüz 27 · s. 523

فِي رَقٍّ مَنْشُورٍ3

3. nazik dəri üzərində olan Kitaba!
52:4Cüz 27 · s. 523

وَالْبَيْتِ الْمَعْمُورِ4

4. And olsun Beytulmə­mura!
52:5Cüz 27 · s. 523

وَالسَّقْفِ الْمَرْفُوعِ5

5. And olsun yüksək tavana!
52:6Cüz 27 · s. 523

وَالْبَحْرِ الْمَسْجُورِ6

6. And olsun alovlanan də­nizə!
52:7Cüz 27 · s. 523

إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ7

7. Rəbbinin əzabı hökmən vaqe ola­caq.
52:8Cüz 27 · s. 523

مَا لَهُ مِنْ دَافِعٍ8

8. Heç nə onun qarşısını ala bilməz.
52:9Cüz 27 · s. 523

يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا9

9. O gün göy şiddətlə sarsı­lacaq,
52:10Cüz 27 · s. 523

وَتَسِيرُ الْجِبَالُ سَيْرًا10

10. dağlar da hərəkətə gələ­cək.
52:11Cüz 27 · s. 523

فَوَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ11

11. O gün vay halına haqqı yalan sa­yanların!
52:12Cüz 27 · s. 523

الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ12

12. O kəslər ki, yalan ba­taq­lığında əylənirlər.
52:13Cüz 27 · s. 523

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا13

13. O gün onlar amansız­ca­sına sürü­dülərək Cəhənnəm odu­na atı­lacaqlar.
52:14Cüz 27 · s. 523

هَٰذِهِ النَّارُ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ14

14. Onlara deyiləcək: “Bu, si­zin yalan saydığınız Cəhən­nəm odu­dur!
52:15Cüz 27 · s. 524

أَفَسِحْرٌ هَٰذَا أَمْ أَنْتُمْ لَا تُبْصِرُونَ15

15. Bəlkə bu da sehrdir, yoxsa görmür­sünüz?
52:16Cüz 27 · s. 524

اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ16

16. Yanın orada! Dözsəniz də, döz­məsəniz də sizin üçün ey­ni­dir. Sizə an­caq etdiyiniz əməllərin cəzası verilir”.
52:17Cüz 27 · s. 524

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ17

17. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və nemət içində ya­şa­ya­caqlar.
52:18Cüz 27 · s. 524

فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ18

18. Rəbbinin onlara bəxş et­diyinə se­vinəcəklər. Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas etmişdir.
52:19Cüz 27 · s. 524

كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ19

19. Onlara deyiləcək: “Xe­yir­xah əməl­lərinizin əvəzi ola­raq nuş­can­lıqla ye­yin, için!”
52:20Cüz 27 · s. 524

مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ20

20. Onlar səflərlə salınmış mütək­kə­lərə dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik.
52:21Cüz 27 · s. 524

وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ21

21. Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur.
52:22Cüz 27 · s. 524

وَأَمْدَدْنَاهُمْ بِفَاكِهَةٍ وَلَحْمٍ مِمَّا يَشْتَهُونَ22

22. Onlara istədikləri mey­və­dən və ətdən bol-bol verə­cə­yik.
52:23Cüz 27 · s. 524

يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ23

23. Onlar orada bir-birinə şə­­rab dolu badə uzadacaqlar. Bu şərab on­ları nə boşboğaz­lığa, nə də günaha təhrik edəcək.
52:24Cüz 27 · s. 524

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ24

24. Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, qorunub saxla­nılan mir­­vari kimi yeniyetmə oğ­lanlar dolanacaqlar.
52:25Cüz 27 · s. 524

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ25

25. Onlar bir-birinə üz tu­tub soru­şa­caqlar.
52:26Cüz 27 · s. 524

قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ26

26. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah­dan qorxur­duq.
52:27Cüz 27 · s. 524

فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ27

27. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əza­bın­dan qoru­du.
52:28Cüz 27 · s. 524

إِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ28

28. Biz əvvəllər Ona dua edirdik. Hə­qiqətən, O, yaxşılıq edən­dir, Rəhmli­dir!”
52:29Cüz 27 · s. 524

فَذَكِّرْ فَمَا أَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ29

29. Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə ka­hin­sən, nə də dəli!
52:30Cüz 27 · s. 524

أَمْ يَقُولُونَ شَاعِرٌ نَتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ30

30. Yoxsa onlar: “O bir şair­dir. Biz onun ölümünü gözlə­yirik!”– de­yirlər.
52:31Cüz 27 · s. 524

قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُمْ مِنَ الْمُتَرَبِّصِينَ31

31. De: “Gözləyin, mən də sizinlə bir­likdə gözləyənlər­dənəm!”
52:32Cüz 27 · s. 525

أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُمْ بِهَٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ32

32. Yoxsa onların ağılları bu­nu onla­ra əmr edir? Yaxud on­lar az­ğın adam­lardır?
52:33Cüz 27 · s. 525

أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَلْ لَا يُؤْمِنُونَ33

33. Yoxsa onlar: “Bunu özün­dən uy­durdun!”– deyirlər. Xeyr, on­lar iman gə­tirmirlər.
52:34Cüz 27 · s. 525

فَلْيَأْتُوا بِحَدِيثٍ مِثْلِهِ إِنْ كَانُوا صَادِقِينَ34

34. Əgər doğru söyləyir­lər­sə, qoy Qurana bənzər bir kə­lam gə­tir­sinlər.
52:35Cüz 27 · s. 525

أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ35

35. Bəlkə onlar öz-özünə ya­ranıblar? Yaxud onlar yara­dan­lar­dır?
52:36Cüz 27 · s. 525

أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَلْ لَا يُوقِنُونَ36

36. Yoxsa onlar göyləri və yeri yara­dıblar? Xeyr, onlar qətiyyən inan­mır­lar.
52:37Cüz 27 · s. 525

أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ37

37. Yoxsa sənin Rəbbinin xə­zinələri onlardadır? Yaxud on­lar hökm sahibi­dirlər?
52:38Cüz 27 · s. 525

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُمْ بِسُلْطَانٍ مُبِينٍ38

38. Yoxsa onların, üstünə çı­xıb mə­lək­lərin söhbətlərini din­lə­dik­lə­ri bir nərdi­va­nı var­? Onda qoy onların mələk­ləri din­ləyənləri an­la­şıqlı bir dəlil gə­tirsin­lər!
52:39Cüz 27 · s. 525

أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ39

39. Yoxsa qızlar Onun, oğ­lanlar isə sizindir?
52:40Cüz 27 · s. 525

أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ40

40. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borc­lu qaldıq­la­rı­na görə ağır yük altındadırlar?
52:41Cüz 27 · s. 525

أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ41

41. Yoxsa onlar qeybi bilir və onu ya­zırlar?
52:42Cüz 27 · s. 525

أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ42

42. Yoxsa bir hiylə qurmaq istəyir­lər? Amma kafirlər öz­lə­ri o hiy­lənin qurba­nı olacaqlar.
52:43Cüz 27 · s. 525

أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ43

43. Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah on­la­rın qoşduqları şəriklərdən uzaqdır.
52:44Cüz 27 · s. 525

وَإِنْ يَرَوْا كِسْفًا مِنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَرْكُومٌ44

44. Əgər onlar göy parçala­rının düş­düyünü görsələr: “Bu­lud to­pası­dır!”– deyərlər.
52:45Cüz 27 · s. 525

فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ45

45. Sən onları sarsılacaqları günə qo­vuşana qədər tərk et!
52:46Cüz 27 · s. 525

يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ46

46. O gün hiylələri onlara heç bir fay­da verməyəcək və on­la­ra kö­mək gös­tə­rilməyə­cək­.
52:47Cüz 27 · s. 525

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ47

47. Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazır­lan­mış­dır. Lakin on­ların çoxu bunu bilmir.
52:48Cüz 27 · s. 525

وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ48

48. Sən öz Rəbbinin hök­mü­nə səbir et! Həqiqətən, sən Bi­zim Göz­ləri­miz önündəsən. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et!
52:49Cüz 27 · s. 525

وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ49

49. Gecənin bir vaxtında, bir də ul­duzlar batandan sonra Onun şəninə tə­riflər de!

Surənin əvvəlindən oxut

Fares Abbad - At-Tur · Tlawati