Surə 52 · Cüz 27
At-Tur · 52:28
إِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ
28. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
Təfsir
Biz dünya həyatımızda Allaha ibadət edir və Ona dua edirdik ki, bizi Cəhənnəm əzabından qorusun. Həqiqətən, O, Öz qullarına verdiyi vədinə sadiq qalan, onlara yaxşılıq və rəhm edəndir. Onun bizə iman bəxş etməsi, bizi Cənnətə daxil etməsi və Cəhənnəmdən uzaqlaşdırması, Onun bizə etdiyi yaxşılığı və bizə göstərdiyi mərhəmətindəndir”.