Surə 52 · Cüz 27
At-Tur · 52:48
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ
48. Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
Təfsir
Ey Peyğəmbər! Sən, öz Rəbbinin əzəldən yazdığı qədərə və şəri hökmünə səbir et! Həqiqətən, sən Bizim gözümüz önündə və himayəmiz altındasan. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!