Surə 52 · Cüz 27
At-Tur · 52:23
يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ
23. Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik edəcək.
Təfsir
Onlar Cənnətdə bir-birinə şərab dolu badə ötürəcəklər. Bu şərabı içdikdə, o, dünyadakı şərabın sərxoşluğu kimi onları nə batil sözlər danışmağa, nə də günaha təhrik edəcəkdir.