Surə 9 · Cüz 11
At-Tawbah · 9:98
وَمِنَ الْأَعْرَابِ مَنْ يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
98. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədiyini itki sayır və sizə bir bədbəxtlik üz verməsini gözləyir. Bədbəxtlik onların öz başlarına gələcək. Allah hər şeyi eşidəndir, biləndir.
Təfsir
Ey möminlər! Səhrada yaşayan münafiq ərəblər içərisində, mallarını bəzən riyakarlıq, bəzən də təqiyyə edərək xərcləsələr belə, xərclədikdə Allahdan savab ummayıb paxıllıq edərək, xərcləmədikləri üçün Allahın əzabından qorxmadığına görə, Allah yolunda xərclədiyini itki və zərər sayanlar, canlarını sizdən qurtarmaq üçün sizə bir bədbəxtlik üz verməsini gözləyən kimsələr də vardır. Allah onların möminlərə arzu etdikləri müsibəti, möminlərə deyil, elə onların öz başlarına gətirəcəkdir. Allah onların dediklərini eşidəndir, qəlblərində gizlətdiklərini də bilir.