Surə 9 · Cüz 11
At-Tawbah · 9:97
الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
97. Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allahın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyllidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Təfsir
Səhrada yaşayan ərəblər küfr və ya nifaq əməllər edərlərsə, onların küfrr və ya nifaq əməlləri cəmiyyət içərisində yaşayan insanların küfr və ya nifaq əməllərindən daha betər olar. Onlar həm kobud, həm də insanlarla az ünsiyyətdə olduqları üçün dini başa düşməməyə, Allahın Öz elçisinə (sallallahu aleyhi və səlləm) nazil etdiyi fərzləri, sünnənləri və şəri hökmləri bilməməyə daha meyllidirlər. Allah onların halını daha yaxşı biləndir. O, Öz işlərində və şəri hökmlərində hikmət sahibidir.