Surə 9 · Cüz 11
At-Tawbah · 9:96
يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِنْ تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَ
96. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq qövmdən razı qalmaz.
Təfsir
Ey möminlər! Cihada çıxmayıb geridə qalan münafiqlər, onlardan razı qalıb, gətirdikləri üzürlərə inanasız deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan razı qalmayın. Əgər razı qalarsınızsa, bu zaman Rəbbinizin əmrinə müxalif olarsınız. Çünki Allah küfür və nifaq əməllər edib, Onun itaətindən çıxan bir qövmdən əsla razı qalmaz. Ey müsəlmanlar! Elə isə siz, Allahın razı qalmadığı kimsədən razı qamaqdan çəkinin!