Surə 9 · Cüz 11
At-Tawbah · 9:95
سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انْقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ
95. Yanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq gedəcəkləri yer Cəhənnəm olacaqdır.
Təfsir
Ey möminlər! Siz cihaddan geri qayıtdığınız zaman cihada çıxmayıb geridə qalan münafiqlər sizin yanınıza gəlib, onların yalan üzürlərinə inanıb, onlara məzəmmət və tənə etməməniz üçün qarşınızda Allaha and içəcəklər. Siz onlara nifrət edərək, onları tərk edin. Çünki onlar mənəvi cəhətdən çirkin və murdar insanlardırlar. Etdikləri nifaq və günah əməllərin cəzası olaraq qərar tutacaqları yer Cəhənnəm olacaqdır.