Surə 9 · Cüz 11

At-Tawbah · 9:94

يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُلْ لَا تَعْتَذِرُوا لَنْ نُؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

94. Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin iş­lərinizdən bi­zi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun El­çi­si də”. Son­ra isə qeybi və aş­karı Bi­lənin hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir.

Təfsir

Müsəlmanlar cihaddan geri qayıtdıqları za­man, münafiqlər onlarla cihada getmədiklərinə görə, özlərini müdafiə etmək üçün onlara əsassız üzürlər gətirəcəklər. Allah Öz Peyğəmbərinə və möminlərə onlara belə cavab verməyi buyurur: "Yalandan üzrlər gətirərək üzrxahlıq etməyin. Gətirdiyiniz üzrlərə əsla inanma­yacağıq. Allah si­zin qəlbinizdə olanları bi­zə agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun rəsulu da. Görək, siz, həqiqətən də, tövbə etmisinizmi ki, Allah da tövbənizi qəbul etsin, yoxsa, yenə də öz nifaq əməllərinizə davam edirsiniz." Son­ra isə siz hər bir şeyi bi­lən Allahın hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cək və hər bir kimsənin etdiyi əməlin əvəzini verəcəkdir. Elə isə tövbə etməyə və saleh əməllərə etməyə tələsin!

Oxuyucuda aç - Surəni tam oxu