Surə 9 · Cüz 11
At-Tawbah · 9:99
وَمِنَ الْأَعْرَابِ مَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنْفِقُ قُرُبَاتٍ عِنْدَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
99. Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah yanında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Səhrada yaşayan ərəblərdən eləsi də vardır ki, Allaha və qiyamət gününə inanır, Allah yolunda xərclədiyi malı Allah yanında yaxınlıq və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dualarına və Allahdan onun üçün bağışlanma istəməsinə nail olmaq üçün vasitə sayır. Agah olun ki, onların Allah yolunda mallarından xərcləməsi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də onlar üçün dua etməsi, onlar üçün Allaha yaxınlaşmağa bir vasitədir və o kimsə, Allahın hər bir şeyi əhatə etmiş geniş mərhəmətinə və Cənnətinə qovuşaraq savabını Allah yanında görəcəkdir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.