Surə 9 · Cüz 10

At-Tawbah · 9:18

إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ

18. Allahın məscidlərini yal­­nız Allaha və Axirət gününə iman gə­tirən, namaz qılan, zə­kat verən və Allahdan başqa heç kəsdən qorx­mayanlar abad­laşdırar. Ola bilsin ki, onlar doğ­ru yolla ge­dən­lər­dən ol­sunlar.

Təfsir

Allahın məscidlərini abad­laşdırmağa yalnız tək Allaha iman edən, Ona heç bir şeyi şərik qoşmayan, qiyamət gününə iman gə­tirən, namaz qılan, malının zə­katın verən və Uca Allahdan başqa heç kəsdən qorx­mayan kimsə layiqdir. Ola bilsin ki, məhz onlar doğ­ru yolla yönələn kimsələr ol­sunlar. Amma müşriklər isə bu yoldan olduqca çox uzaq olan kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu