Surə 9 · Cüz 10

At-Tawbah · 9:17

مَا كَانَ لِلْمُشْرِكِينَ أَنْ يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنْفُسِهِمْ بِالْكُفْرِ ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ

17. Müşriklər küfr etdiklə­ri­ni bil­dik­ləri halda, onlara Alla­hın məs­cidlərini abadlaş­dır­maq ya­ra­maz. Onların əməl­ləri pu­ça çıx­mış­­dır. Onlar Odda əbə­di qalacaqlar.

Təfsir

Müşriklər qəlblərində Allaha küfr etdiklə­ri­ və bunu əməlləri ilə büruzə verdikləri bir halda, onlara Alla­hın məs­cidlərini ibadət və başqa itaət əməllərlə abadlaş­dır­maq ya­ra­maz. Onların imanları olmadığı üçün əməl­ləri pu­ça çıx­mış­­dır. Əgər onlar ölməzdən əvvəl Allaha şərik qoşmaqdan tövbə etməsələr, qiyamət günü cəhənnəmə varid olaraq orada əbə­di qalacaqlar.

Oxuyucuda aç - Surəni tam oxu