Surə 9 · Cüz 10
At-Tawbah · 9:16
أَمْ حَسِبْتُمْ أَنْ تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَلَمْ يَتَّخِذُوا مِنْ دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
16. Yoxsa elə hesab edirsiniz ki, Allah sizlərdən cihad edənləri, Allahdan, Onun Elçisindən və möminlərdən başqasını özlərinə sirdaş tutmayanları sınamadan siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey möminlər! Allah sizi imtahan etmədən sərbəst buraxacağınızımı güman edirdiniz? İmtahan Allahın sünnəsidir. Allah sizi ta içərinizdən, özlərinə, Allahdan, Onun Elçisindən və möminlərdən başqa kafirləri sirdaş, dost tutmayanları, ixlasla Allah üçün cihad edənləri ayırd edənə qəbər imtahan edəcəkdir. Allah nə etdiklərinizdən xəbərdardır. Ona heç bir şey gizli qalmaz. Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.