Surə 9 · Cüz 10

At-Tawbah · 9:19

۞ أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

19. Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha və Axi­rət gü­nünə iman gə­tirib Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Alla­hın ya­nın­da bərabər sayıl­mırlar. Allah zalım qövmü doğru yola yönəlt­məz.

Təfsir

Ey müşriklər! Doğrudanmı siz hacı­la­ra su ver­məyi və Məscidul­ha­ramı abad­laş­dır­ma­ğı Allaha iman gə­tirib, Ona heç bir şeyi şərik qoşmayan və qiyamət gü­nünə imanan, kafirlərin kəlməsi alçaq, Allahın kəlməsi isə uca olması üçün canı və malı ilə Allah yo­lun­da cihad edənlərlə eyni tutursunuz? Məgər siz bu iki dəstəni Allah qatında fəzilət baxımından eyni dərəcədə edirsiniz? Bilin ki, onlar Alla­hın ya­nın­da əsla eyni dərəcədə ola bilməzlər. Allah zalım qövmü, hacı­la­ra su ver­mək kimi yaxşı əməllər etsələr də belə, şirk etdiklərinə görə doğru yola müvəffəq etməz.

Oxuyucuda aç - Surəni tam oxu