Surə 9 · Cüz 11
At-Tawbah · 9:116
إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
116. Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz var.
Təfsir
Şübhəsiz ki, göylərin və yerin mülkü Allaha məxsusdur. Bu mülkündə Allahın heç bir şəriki, ortağı yoxdur, Göylər və yer arasına olanlar Allaha gizli qalmaz. Allah diriltmək istədiyini dirildər, öldürmək istədiyini də öldürər. Ey insanlar! Sizin Allahdan başqa işlərinizə yardım edən nə bir himayədarınız, nə də sizi Ondan başqa xəta-bəladan qoruyanınız, nə də ki, düşməninizə qarşı sizə kömək edəniniz yoxdur.