Surə 9 · Cüz 11
At-Tawbah · 9:115
وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُمْ مَا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
115. Allah bir qövmü doğru yola yönəltdikdən sonra haram olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir.
Təfsir
Allah bir qövmü doğru yola müvəffəq etdikdən sonra çəkinilməsi vacib olan haram şeylərdən onları xəbərdar etməyincə onların azğın bir yolda olduqlarına hökm verməz. Əgər Allah onlara haram olan şeyləri bəyan etdikdən sonra, onlar yenidən haram əməllərə qayıtsalar, bu zaman Allah onların azğın bir yolda olduqlarına hökm verər. Həqiqətən, Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz. Artıq Allah sizə bilmədiyiniz şeylər öyrətmişdir.