Surə 9 · Cüz 11

At-Tawbah · 9:114

وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌ

114. İbrahimin öz atası üçün bağış­lan­ma diləməsi isə sa­dəcə ona verdiyi vədə görə idi. Ata­sı­nın Allaha düş­mən olduğu ona bəl­li olduqdan sonra isə on­dan uzaqlaşdı. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran hə­lim bir kim­sə idi.

Təfsir

İbrahim (aleyhissəlam) atasının Allahın dininə təslim olacağına ümüd edərək, atası üçün Allahdan bağış­lan­ma diləmək istəyi, İbrahimin mütləq Allahdan onun üçün bağışlanma diləyəcəyini təmənna etməsi, ona verdiyi vədə görə idi. İbrahim ata­sı­na etdiyi öyüd-nəsihətin heç bir faydası olmadığını və ya vəhy vasitəsi ilə atasının kafir olaraq öləcəyini bildikdən sonra, atasının Allaha düş­mən olduğu ona bəl­li olduğu zaman on­dan uzaqlaşdı. İbrahim bunu (atası üçün bağışlanma diləməsini istəməsi), Allahın ona vəhy etdiyi hökmə müxalif olaraq deyil, sadəcə olaraq ictihad edərək etmişdir. Həqiqətən, İb­ra­him Alla­ha çox yalvaran, zalım qövmünü bağışlayan bir kim­sə idi.

Oxuyucuda aç - Surəni tam oxu