Surə 9 · Cüz 11
At-Tawbah · 9:113
مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ
113. Müşriklərin Cəhənnəm sakinləri olduqları müsəlmanlara bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.
Təfsir
Müşriklərin Cəhənnəm sakinləri olduqları müsəlmanlara aydın olduqdan sonra, hətta onların yaxın qohum-əqrəbalarından olsalar belə, onlar Allaha şərik qoşduqları halda öldükləri üçün, Peyğəmbərə və möminlərə Allahdan onlar üçün bağışlanma diləmək icazəli deyil.