Surə 9 · Cüz 11
At-Tawbah · 9:112
التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنْكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
112. Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.
Təfsir
Bu böyük uğura nail olan kimsələr, Allahın sevməyib, qəzəbləndiyi əməlləri Onun sevib, razı qaldığı əməllərlə dəyişən, təvazökarlıq edərək Allah qorxusundan zəlil olub, Ona ciddi şəkildə ibadət edən, yaxşı-yaman günlərdə Rəbbinə həmd-sənalar edən, oruc tutub, namaz qılan, insanlara Allah və Onun rəsulunun əmrlərini əmr edən, insanları Allah və ya Onun rəsulunun qadağalarından çəkindirən və Allahın əmrlərini yerinə yetirib, qoyduğu hüdudlarını qoruyan kimsələrdir. Ey Peyğəmbər! Belə möminlərə onları dünyada və axirətdə sevindirəcək şeylərlə müjdələ.