Surə 9 · Cüz 11
At-Tawbah · 9:111
۞ إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
111. Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində, onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.
Təfsir
Həqiqətən, Allah möminlərdən, dəyəri baha olan Cənnət müqabilində, onların canlarını – bunun hamısı Allahın mülkü olsa belə, onlara sayğı baxımından – satın almışdır. Çünki onlar, Allahın kəlməsi uca olması üçün Allah yolunda kafirlərlə vuruşub ya kafirləri öldürür ya da ki, kafirlər onları öldürürlər. Bu, Allahın, Musanın kitabı Tövratda, İsanın kitabı – aleyhiməssəlam – İncildə və Muhammədin (sallallahu aleyhi və səlləm) kitabı Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Uca Allahdan daha çox Öz əhdinə kimsə sadiq ola bilməz. Ey möminlər! Elə isə Allahla sövdələşdiyiniz bu alış-verişə görə sevinin. Atrıq siz bu sövdələşmənizdən böyük bir qazanc əldə etdiniz. Çünki bu alış-veriş böyük uğurdur.