Surə 9 · Cüz 11

At-Tawbah · 9:110

لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَنْ تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

110. Onların ürəkləri parça-parça ola­na qədər tikdiyi bina qəlb­lə­rində bir şübhə olaraq qa­la­caq­dır. Allah hər şeyi biləndir, hikmət sahibidir.

Təfsir

Onların (müsəlmanlara) zərər vurmaq məqsədilə tikdikləri bu məscid, ürəkləri ölüm yaxud qılıncla öldürülüb parça-parça ola­na qədər qəlb­lə­rində şübhə və nifaq mənbəyi olaraq qa­la­caq­dır. Allah qullarının əməllərini biləndir, qullarını xeyir və ya şərlə mükafatlandırmaqda hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu

At-Tawbah 9:110 · Tlawati