Surə 9 · Cüz 11

At-Tawbah · 9:109

أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَمْ مَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

109. Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs da­ha yax­şı­dır, yoxsa bina­sını da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və onun­la birlikdə Cəhənnəm oduna yu­var­lanan kəs? Allah zalım qövmü doğru yola yö­nəlt­məz.

Təfsir

Məscid binasını, Allahın əmrlərini yerinə yetirib və qadağalarınadan çəkinərək Allah qorxusu və yaxşı əməllər edərək Onun rizası üzərində quran kimsə ilə, müsəlmanlara zərər vermək, yer üzündə küfrü yaymaq və möminlər ara­sı­na ikitirəlik sal­maq məqsə­di­lə bina edənlə Allah yanında eyni ola bilərmi?! Xeyir, əsla eyni ola bilməz. Birinci binanın misalı, bünövrəsi möhkəm və binanın uçmaq təhlükəsi olmayan, ikinci binanın misalı isə bünövrəsi da­ğılmaqda olan uçu­ru­mun lap kə­na­rında quran və binası özü ilə birlikdə Cəhənnəmin dibinə yu­var­lanan kəsin misalı kimidir. Allah zalım qövmü küfr, nifaq və s. bu kimi çirkin əməllərinə görə doğru yola yö­nəlt­məz.

Oxuyucuda aç - Surəni tam oxu

At-Tawbah 9:109 · Tlawati