Surə 9 · Cüz 11

At-Tawbah · 9:108

لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

108. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzə­rində qu­rulmuş məscid, əl­bət­tə, içində namaz qılmağın üçün daha la­yiq­dir. Orada təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da təmiz­lə­nən­ləri sevir.

Təfsir

Ey Peyğəmbər! Münafiqlərin səni o məsciddə namaz qılmaq üçün çağırışına cavab verərək, belə bir məsciddə əsla namaz qılma. Şübhəsiz ki, küfr üzərində qurulan məsciddə namaz qılmaqdansa, ilk gündən təqva üzə­rində qu­rulmuş Quba məscidində namaz qılmağın Allah yanında daha üstündür. Quba məscidində, natəmizlikdən və nəcasətdən su ilə, günahlardan isə tövbə və Allahdan bağışlanma diləməklə təmiz­lən­mə­yi sevən kişi­lər vardır. Allah da natəmizlikdən, nəcasətdən və günahlardan təmiz­lə­nən­ləri sevər!

Oxuyucuda aç - Surəni tam oxu