Surə 9 · Cüz 11
At-Tawbah · 9:107
وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَىٰ ۖ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
107. Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”– deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.
Təfsir
Münafiqlərdən Allaha itaət məqsədi ilə deyil, əksinə müsəlmanlara zərər vurmaq, münafiqlərə dəstək olaraq yer üzündə küfrü yaymaq, möminlərin arasına ikitirəlik salmaq məqsədilə, məscid bina etməzdən əvvəl Allaha və Onun rəsuluna qarşı müharibə etməyə hazırlaşan və həmçinin Allaha və Onun rəsuluna qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər də vardır. Münafiqlər, siz onlara inanasız deyə: "Biz bununla müsəlmanlara yaxşılıq etmək istədik" – deyə and içəcəklər. Allah isə onların yalandan Allaha and içdiklərinə şahiddir.