Surə 8 · Cüz 10
Al-Anfal · 8:66
الْآنَ خَفَّفَ اللَّهُ عَنْكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
66. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir.
Təfsir
Ey möminlər! Allah sizin zəif olduğunu bildiyi üçün sizin yükünüzü yüngülləşdirdi və sizə rəhm edərək bu sayı azaltdı. Belə ki, sizdən birinin on kafirlə döyüşmək əvəzinə, iki kafirlə döyüşməyini vacib etdi. Əgər aranızda kafirlərlə döyüşməyə yüz səbirli kişi olsa, onlardan iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah Öz köməy və yardımı ilə səbir edən möminlərlədir.