Surə 8 · Cüz 10

Al-Anfal · 8:67

مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

67. Peyğəmbərə yer üzündə çoxlu ka­fir qırmayınca əsir gö­tür­mək yaraşmaz. Siz dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə axi­rə­ti qazanmağınızı istə­yir. Allah Qüdrətlidir, Hikmət sahibidir.

Təfsir

Peyğəmbərə yer üzündə ona qarşı döyüşən çoxlu sayda ka­fir qırıb və onların bir daha Peyğəmbərlə döyüşməyə cürət edib, qəlblərinə qorxu salmayınca kafirlərdən əsir gö­tür­mək yaraşmaz. Ey Möminlər! Siz Bədrdə əsir düşmüş kimsələrdən fidyə alıb və bunun müqabilində onları sağ buraxmaqla dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə dinin qələbə çalması və izzətlənməsi ilə axi­rə­ti qazanmağınızı istə­yir. Allah zatında, sifətlərində və məğlub etməsində yenilməz qüdrət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün təyin etdiyi qəza-qədərində və qoyduğu şəri hökmlərində hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu