Surə 8 · Cüz 10
Al-Anfal · 8:65
يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ ۚ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ ۚ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ
65. Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
Təfsir
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Onları kafirlərlə döyüşməyə ürəkləndir. Ey Möminlər! Əgər aranızda kafirlərlə döyüşməyə iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr, əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar Allahın Öz dostlarına yardım etməsini və düşmənlərini isə məhv etməsini anlamayan bir qövümdür. Onlar nə üçün döyüşdüklərini dərk etmirlər. Onlar dünya da ucalmaq, ad-sana və şan-şöhrət nail olmaq üçün döyüşürlər.