Surə 7 · Cüz 8
Al-A'raf · 7:59
لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
59. Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram”.
Təfsir
Biz Nuhu öz qövmünə, onları tək Allaha ibadətə və Ondan başqasına ibadət etdiklərini tərk etməyə çağırmaq üçün elçi olaraq göndərdik. Nuh onlara dedi: "Ey qövmüm! Tək olan Allaha ibadət edin. Sizin Ondan başqa haqq məbudunuz yoxdur. Ey Qövmüm! Mən sizin, küfr əməllərə davam edəcəyiniz təqdirdə sizə üz verəcək böyük günün əzabından qorxuram!"