Surə 7 · Cüz 8
Al-A'raf · 7:58
وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ ۖ وَالَّذِي خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا ۚ كَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ لِقَوْمٍ يَشْكُرُونَ
58. Yaxşı torpaqda bitkilər Rəbbinin izni ilə çox asanlıqla bitər, pis torpaqda isə onlar çox çətinliklə yetişər. Biz ayələri şükür edən bir qövmə beləcə izah edirik.
Təfsir
Yaxşı yerdə bitkilər Allahın izni ilə çox yaxşı, tam bir şəkildə yetişər. Mömin kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət alar, yaxşı işlər görüb bundan faydalanar. Şoran yerdə olan bitkilər çox çətinliklə, kasad bir şəkildə yetişər. Kafir kimsə də belədir, öyüd-nəsihət eşidəndə ondan ibrət almaz, yaxşı işlər görməz və bundan heç bir fayda əldə etməz. Biz Allahın nemətlərinə küfr etməyən, əksinə, şükür edib və Rəbbinə tabe olan bir qövmə haqqı isbat etmək üçün dəlil və sübutları beləcə, növbənöv edirik.