Surə 7 · Cüz 8

Al-A'raf · 7:57

وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ

57. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müj­dəçi ola­raq göndərən Odur. Nə­ha­yət, o küləklər ağır bulud­ları daşıyar­kən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur en­di­­rir və bu­nun vasi­təsi ilə hər cür meyvə yetişdi­ri­rik. Biz ölüləri də belə diril­də­cə­yik. Bəlkə, düşünüb ibrət alasınız.

Təfsir

Küləkləri yağışın gəlişi ilə müj­dəçi ola­raq göndərən pak olan Allahdır. Nə­ha­yət, o küləklər su ilə dolu ağır bulud­ları daşıyar­kən, Biz o buludları qurumuş bir diyara tərəf gətirir, Biz onunla yağmur en­di­­rir və bu­ yağmurun vasi­təsi ilə bütün növ meyvə yetişdi­ri­rik. Biz meyvələri belə bir şəkildə çıxartdığımız kimi ölüləri də qəbirlərindən diri olaraq belə çıxartacağıq. Ey İnsanlar! Biz bunları, Allahın qüdrətini, misilsiz yaraqa olduğunu və Onun ölüləri diriltməyə qadir olduğunu xatırlamanız üçün etdik!

Oxuyucuda aç - Surəni tam oxu