Surə 7 · Cüz 8
Al-A'raf · 7:60
قَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي ضَلَالٍ مُبِينٍ
60. Xalqının zadəganları dedilər: “Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!”
Təfsir
Qövmünün hakim və kübar təbəqəsində olanları dedilər: "Ey Nuh! Doğrudan da, biz sənin həqiqətdən açıq-aydın uzaq olduğunu görürük!".