Surə 7 · Cüz 9
Al-A'raf · 7:206
إِنَّ الَّذِينَ عِنْدَ رَبِّكَ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَيُسَبِّحُونَهُ وَلَهُ يَسْجُدُونَ ۩
206. Rəbbinin hüzurunda olan mələklər Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər.
Təfsir
Ey Peyğəmbər! Rəbbinin hüzurunda olan mələklər pak olan Allaha ibadət etməkdə təkəbbürlük etməzlər, əksinə, Ona tabe olub, boyun əyərlər və bundan yorulmazlar. Onlar Allahı gecə-gündüz Ona layiq olmayan şeylərdən uca tutarlar və yalnız Ona səcdə edirlər.