Surə 8 · Cüz 9

Al-Anfal · 8:1

يَسْأَلُونَكَ عَنِ الْأَنْفَالِ ۖ قُلِ الْأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

1. Səndən qənimətlər haq­qın­da so­ru­şurlar. De: “Qəni­mət­­lər Alla­ha və Pey­ğəmbərə aid­dir”. Elə isə Allahdan qor­xun və ara­nız­da­kı müna­sibət­ləri düzəl­din. Əgər mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna itaət edin.

Təfsir

Ey Peyğəmbər! Səhabələrin səndən qənimətlərin necə və kimlər arasında bölünməsi barəsində so­ru­şurlar. Ey Peyğəmbər! Onların suallarına cavab olaraq onlara belə de: "Qəni­mət­­lər Alla­h və Onun Rəsulu - sallallahu aleyhi və səlləm - üçündür, qənimətləri bölməyin və paylamağın hökmü Allaha və Rəsuluna - sallallahu aleyhi və səlləm - aiddir, sizin üzərinizə düşən isə Allah və Rəsulunun - sallallahu aleyhi və səlləm - hökmlərinə boyun əyib, tabe olmaqdır". Ey Möminlər! Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Allahdan qor­xun və ara­nız­da­kı düşmənçilik müna­sibət­lərini bir-birinizə qarşı sevği, gözəl əxlaq və əfv etməklə düzəl­din. Əgər həqiqətən də mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - itaət edin. Çünki iman, insanı itaətə əməllərə yönəldər və günah əməllərdən çəkindirər. Səhabələrin Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bu sualı, Bədr döyüşü baş verdikdən sonra olmuşdur.

Oxuyucuda aç - Surəni tam oxu