Surə 7 · Cüz 9
Al-A'raf · 7:205
وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ
205. Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.
Təfsir
Ey Peyğəmbər! Rəbbin Allahı, zəlil, təvazökar halda və qorxaraq yad et. Gündüzün əvvəl və axşam saatlarında, bu iki fəzilətli vaxtlarda, səsini nə çox yuxarı qaldırmadan, nə də ki, çox aşağı salmadan orta bir qaydada dua et və Uca Allahı yad etməkdən qafil olanlardan olma.