Surə 7 · Cüz 9
Al-A'raf · 7:187
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّي ۖ لَا يُجَلِّيهَا لِوَقْتِهَا إِلَّا هُوَ ۚ ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً ۗ يَسْأَلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنْهَا ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
187. Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: “Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir”.
Təfsir
Qiyamət gününü yalan hesab edib buna inadkarlıq edənlər, səndən o saatın nə zaman qopacağını və onların da buna nə vaxt yəqin olacaqları barəsində soruşurlar? Ey Muhəmməd! De: "Qiyamətin qopma saatı barədə nə mən, nə də ki, başqa bir kimsə bilər. Bu saatın qopacağı vaxtı yalnız tək Allah bilir. Onun qopacağı üçün müəyyən edilmiş vaxtı yalnız Allah, aşkara çıxara bilər. Onun qopacağı vaxt göylər və yer əhlinə gizlin qalmışdır. O sizə gözlənmədən gələcəkdir". Sanki onu bilirmişsən kimi səndən Qiyamət saatı barədə soruşurlar. Lakin onlar bilmirlər ki, sən Rəbbini kamil bir şəkildə tanıdığın üçün bu barədə soruşmursan. Ey Muhəmməd! Onlara de: "Qiyamətin qopma saatının bilgisi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilməzlər".