Surə 7 · Cüz 9
Al-A'raf · 7:186
مَنْ يُضْلِلِ اللَّهُ فَلَا هَادِيَ لَهُ ۚ وَيَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
186. Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər.
Təfsir
Allah kimi haqq yoldan sapdırıb, ona doğru yolu göstərməzsə, kimsə onu haqqa yönəldə bilməz. Bundan sonra Allah onları öz azğınlıqları və küfrləri içərisində çaşqın dolaşan vəziyyətdə tərk edər.