Surə 7 · Cüz 9
Al-A'raf · 7:185
أَوَلَمْ يَنْظُرُوا فِي مَلَكُوتِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ وَأَنْ عَسَىٰ أَنْ يَكُونَ قَدِ اقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ
185. Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?
Təfsir
Məgər onlar göylərdə və yerdə Allahın səltənətinə baxıb ibrət almırlarmı, Allahın orada yaratdığı heyvan, bitkilər və s. bunlardan başqa yaratdığı hər şeyə fikir vermirlərmi, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirib, bəlkə də bu onların sonu olacağını düşünüb, ölüm onlara gəlməzdən əvvəl Allaha tövbə etməyəcəklərmi? Əgər onlar Qurana, orada olan Cənnət və Cəhənnəm xəbərlərinə inanmayacaqlarsa, bundan sonra daha hansı kitaba inanacaqlar?!