Surə 7 · Cüz 9
Al-A'raf · 7:184
أَوَلَمْ يَتَفَكَّرُوا ۗ مَا بِصَاحِبِهِمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ مُبِينٌ
184. Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edən bir Peyğəmbərdir.
Təfsir
Məgər Allahın ayələrini və Onun elçisini yalan hesab edən kimsələr fikirləşib, öz ağıllarını işlədərək başa düşmürlərmi ki, Muhəmməddə - sallallahu aleyhi və səlləm - heç bir dəlilik yoxdur? O ancaq Allahın əzabından açıq-aşkar qorxudan, Allahın onu insanlara göndərdiyi bir elçisidir!